
5 saylı Bakı DOST Mərkəzinin əməkdaşları evdə (səyyar) sosial xidmət göstərilən vətəndaşın 100 illik yubileyini onunla birlikdə qeyd ediblər. Gilə Novruzovanı evində ziyarət edən DOST əməkdaşları onu doğum günü münasibətilə təbrik edib, Agentliyin rəhbərliyi və bütün kollektivi adından ən xoş arzularını çatdırıblar.
Ziyarətdən məmnun qalan G.Novruzova xanım ona göstərilən diqqətə görə DOST Agentliyinin rəhbərliyi və bütün əməkdaşlarına təşəkkür edib.
1926-cı ildə Qərbi Azərbaycanda anadan olan Gilə Novruzova İkinci Dünya müharibəsində arxa cəbhədə göstərdiyi xidmətlərə görə medal və ordenlərlə təltif edilib. Ona 2023-ci ildən 5 saylı Bakı DOST Mərkəzi tərəfindən sosial-məişət xidməti göstərilir.
Qeyd edək ki, DOST Agentliyi tərəfindən sosial baxımdan həssas əhali qrupundan olan şəxslər üçün bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi