
“DOST Çağrı Mərkəzi 142”-nin fəaliyyəti ilə bağlı iclas keçirilib. Onlayn formatda baş tutan görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, həmçinin Agentliyin və Çağrı Mərkəzinin rəhbər şəxsləri iştirak edib.
İclasda qurumun 2023–2025-ci illəri əhatə edən dövr üzrə fəaliyyəti, həmçinin 2025-ci il üzrə hesabatı dinlənilib. Müvafiq təqdimatlar nümayiş olunub və görülən işlər barədə məlumat verilib.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov təqdimatlarla bağlı fikirlərini bildirib, müvafiq tapşırıqlar verib. Gələcəkdə atılacaq addımlar barədə müzakirələr aparılıb.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi