“DOST Çağrı Mərkəzi 142” 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

23 yanvar 2026, 16:48
A+ A-
“DOST Çağrı Mərkəzi 142” 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

“DOST Çağrı Mərkəzi 142” 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb. Mərkəz Böyük Britaniyanın “GCL International” sertifikatlaşdırma təşkilatı tərəfindən ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi), ISO 10002:2018 (Müştəri məmnunluğunun təmin edilməsi və şikayətlərin idarəedilməsi), həmçinin Türkiyənin “MSC” sertifikatlaşdırma təşkilatı tərəfindən ISO 18295-2:2017 (Müştəri çağrı mərkəzləri üçün idarəetmə sistemi) və ISO 37001:2025 (Korrupsiyaya qarşı idarəetmə sistemi) üzrə beynəlxalq standartlara uyğun idarəetmə sistemlərinin qurulması və tətbiqi işlərini uğurla başa çatdırıb.

Fəaliyyətə başladığı dövrdən Çağrı Mərkəzində keyfiyyətin idarə edilməsi, müştəri məmnunluğunun təmin edilməsi, şikayətlərin idarə olunması, çağrı mərkəzləri üçün idarəetmə, eləcə də rüşvət əleyhinə idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğun qurulması məqsədilə ardıcıl işlər aparılıb. Prosesə qurumun aidiyyəti struktur bölmələrinin işçi heyəti cəlb edilməklə zəruri təlimlər keçirilib, daxili prosedur və proseslər təhlil olunaraq beynəlxalq tələblərə uyğunlaşdırılıb.

Qeyd edilən standartların tətbiqi “DOST Çağrı Mərkəzi 142”-də xidmət keyfiyyətinin yüksəldilməsinə, idarəetmə proseslərinin təkmilləşdirilməsinə, şəffaflığın və vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcək.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi