
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
İclasda “DOST” mərkəzlərinin 2025-ci ilin dekabr ayı üzrə fəaliyyətlərinin yekunlarına dair, eləcə də Agentliyin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi