“TeleDOST” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

23 fevral 2026, 16:41
A+ A-
“TeleDOST” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

DOST Agentliyində “TeleDOST” altproqramı çərçivəsində DOST TV-də təcrübə keçən könüllülərin növbəti buraxılış mərasimi keçirilib və proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Agentlikdə təşkil olunan tədbirdə mentorlar gənclərin layihə müddətində qazandıqları təcrübəni və əldə etdikləri nailiyyətləri yüksək qiymətləndiriblər.

Layihənin əsas məqsədi gənclərə televiziya jurnalistikası, kommunikasiya və media bacarıqları sahəsində praktik biliklərin aşılanması, habelə onların yaradıcılıq potensialının inkişaf etdirilməsidir. Bu təşəbbüs həm də gənclərin sosial mövzulara həssaslığının artırılmasına, həmrəylik və ictimai məsuliyyət dəyərlərinin təşviqinə xidmət edir.

Məlumat üçün bildirək ki, “TeleDOST” altproqramı “Könüllü DOST” proqramı çərçivəsində həyata keçirilir və gənclərin sosial sahədə maarifləndirici media təşəbbüslərinə cəlb edilməsini hədəfləyir.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi