DOST Agentliyinin İdarə Heyətinin sədri beynəlxalq forumun bağlanış sessiyasında çıxış edib

6 mart 2026, 17:25
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin sədri beynəlxalq forumun bağlanış sessiyasında çıxış edib

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA / ISSA) Texniki Komissiyalarının 20-ci Forumunun bağlanış sessiyasında çıxış edib. Onlayn formatda keçirilən forumda Sosial Təminat Siyasətinin Təhlili və Araşdırılması üzrə Texniki Komissiyanın sədri qismində çıxış edən Fərid Məmmədov 2026-2028-ci illər üzrə fəaliyyət planını təqdim edib.

Fərid Məmmədov qeyd edib ki, Komissiyanın fəaliyyətində tədqiqat və innovasiya imkanlarının inkişafı, sosial təminatda həyat dövrü yanaşmasının təşviqi və BSTA daxilində əməkdaşlığın gücləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib.

Çıxışın sonunda beynəlxalq əməkdaşlıq və bilik paylaşımının sistemlərin davamlı inkişafında mühüm rol oynadığı vurğulanıb.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi