Sabahdan etibarən DOST mərkəzlərinin fəaliyyəti bərpa olunur

20 may 2020, 16:47
A+ A-
Sabahdan etibarən DOST mərkəzlərinin fəaliyyəti bərpa olunur

21 may 2020-ci il tarixindən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 1 və 2 saylı Bakı DOST mərkəzlərində vətəndaşlara xidmət göstərilməsi proseduru bərpa ediləcək. Mərkəzlər həftənin bazar ertəsindən cümə gününədək saat 9:00-dan 18:00-a qədər vətəndaşların xidmətində olacaq. 3 saylı Bakı DOST Mərkəzində isə vətəndaşlara müvəqqəti olaraq məhdud çərçivədə xidmətlər göstəriləcək.

Vətəndaşlara xidmət prosesi zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Covid-19 virusundan qorunmaqla bağlı tövsiyələrinə əməl ediləcək. Belə ki, əməkdaşların qoruyucu maskalarla təmin edilməsi ilə yanaşı DOST mərkəzlərində vətəndaşların da dezinfeksiyaedici məhlullardan istifadə etməsi üçün şərait yaradılacaq. Mərkəzlərə gələn vətəndaşların da ÜST-ün tövsiyələrinə əməl edərək qoruyucu üz maskalarından istifadə etmələri tövsiyə edilir. Onların tibbi-profilaktik qaydalara ciddi əməl edərək sosial məsafə saxlamaları vacibdir.

Xatırladaq ki, ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar mart ayının 15-dən etibarən DOST mərkəzlərində də xüsusi iş rejimi tətbiq edilirdi. Vətəndaşların müraciətləri İnternet üzərindən qəbul və emal edilirdi.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi