
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
İclasda “DOST” mərkəzlərinin fevral ayı üzrə fəaliyyətlərinin yekunlarına dair, eləcə də Agentliyin maliyyə və təsərrüfat fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi