
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin nümayəndə heyəti Xorvatiyanın paytaxtı Zaqreb şəhərində səfərdə olub.
Məqsəd sosial xidmətlər, məşğulluq və könüllülük sahələrində innovasiyanın və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, əməkdaşlıq imkanlarının araşdırılması olub.
Səfər çərçivəsində Xorvatiya Məşğulluq Xidməti, Əlilliyi olan şəxslərin peşə reabilitasiyası və məşğulluğu üzrə müəssisə, Zaqreb Şəhər Administrasiyası, Sosial İş üzrə Agentlik, eləcə də ZİCER İnnovasiya Mərkəzində, Zaqreb Könüllülər Mərkəzində görüşlər keçirilib.
Görüşlər zamanı sosial sahədə xidmətlərin inkişafı və inteqrasiyası, inklüziv məşğulluq modelləri, ömürboyu karyera yönümü, eləcə də dövlət dəstəyi ilə innovasiya və startap ekosisteminin inkişafı istiqamətində faydalı təcrübə mübadiləsi aparılıb.
Sosial xidmətlərin daha çevik, inklüziv və vətəndaş yönümlü təşkili sahəsində gələcək ikitərəfli əməkdaşlıq istiqamətləri müəyyən edilib.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi