
"DOST Çağrı Mərkəzi 142" tərəfindən bu ilin I rübü ərzində 340 minə yaxın zəng cavablandırılıb. Xidmətlə bağlı məmnunluq səviyyəsi isə 95% təşkil edib. Bu barədə qurumun fəaliyyəti ilə bağlı keçirilən iclasda bildirilib.
Onlayn formatda baş tutan görüşdə Çağrı Mərkəzinin hesabat dövrü ərzində fəaliyyətini özündə əks etdirən təqdimat nümayiş olunub və görülən işlər barədə məlumat verilib.
Qeyd olunub ki, Çağrı Mərkəzinə zəng edən vətəndaşlar üçün operatorun cavabını gözləmə müddəti 11 saniyə, xidmət müddəti isə 2 dəqiqə 44 saniyə təşkil edib.
Sonda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov təqdimatla bağlı fikirlərini bildirib, müvafiq tapşırıqlar verib. Gələcəkdə atılacaq addımlar barədə müzakirələr aparılıb.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi