DOST Agentliyində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub

17 aprel 2026, 13:59
A+ A-
DOST Agentliyində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub

DOST Agentliyində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri İrşad Əsgərxanlı və Qoşqar Daşdiyev ilə görüş keçirilib.

Görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyası, DOST mərkəzlərində əhaliyə göstərilən xidmətlər, əmək, məşğulluq, sosial müdafiə sahələrində son illərdə aparılan ardıcıl islahatlar və qarşıya qoyulan hədəflər barədə məlumat verib.

“Yüksəliş” müsabiqəsinin qalibləri də öz növbələrində dəvət üçün təşəkkürlərini bildirib, bu cür görüşlərin əhəmiyyətini qeyd ediblər.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi