
DOST Agentliyinin icra etdiyi Tələbələrin Akselerasiya Proqramına cəlb olunan tələbələrlə görüşlər keçirilib. İştirakçılara proqramın məzmunu, təqdim etdiyi imkanlar və növbəti mərhələlər barədə ətraflı məlumat verilib.
Tədbirdə iştirakçılara proqramın strukturu, təlim və inkişaf perspektivləri barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar cavablandırılıb. Vurğulanıb ki, Tələbələrin Akselerasiya Proqramı əlilliyi olan gənclərin bilik və bacarıqlarını artırmaqla yanaşı, onların sosial-iqtisadi fəallığının gücləndirilməsinə və məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edən kompleks dəstək proqramıdır.
İnteraktiv mühit yaratmaq məqsədilə müxtəlif oyunlar və tanışlıq fəaliyyətləri təşkil edilib. Bu isə iştirakçıların sosiallaşmasına, bir-birini yaxından tanımasına və yeni mühitə çevik uyğunlaşmasına imkan yaradıb.
Qeyd edək ki, Tələbələrin Akselerasiya Proqramının məqsədi əlilliyi olan gənclərin əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinə çevrilməsi, məşğulluq imkanlarının və bacarıqlarının artırılması, müvafiq təcrübə imkanlarının yaradılması, əlilliklə bağlı cəmiyyətdə mövcud olan mənfi davranış və stereotiplərin dəyişdirilməsidir.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi