1 saylı Bakı DOST Mərkəzi AHİK tərəfindən təltif olunub

27 aprel 2026, 17:20
A+ A-
1 saylı Bakı DOST Mərkəzi AHİK tərəfindən təltif olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən 1 saylı Bakı DOST Mərkəzi sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində əldə etdiyi nailiyyətlərə görə təltif olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə “Təhlükəsiz əmək səmərəli fəaliyyətin əsasıdır” mövzusunda keçirilən konfrans çərçivəsində mükafat Mərkəzin direktoru Ruslan Mirzəliyevə təqdim edilib.

Mərkəzdə əməkdaşlar üçün təhlükəsiz və sağlam iş mühitinin formalaşdırılması, iş yerlərində psixososial rifahın təmin olunması və əmək təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülən işlər AHİK tərəfindən yüksək qiymətləndirilib.

DOST mərkəzlərində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, əməkdaşların iş şəraitinin davamlı olaraq yaxşılaşdırılması da prioritet istiqamətlərdəndir. Bu sahədə həyata keçirilən tədbirlər iş prosesinin səmərəliliyinin artırılmasına və ümumi xidmət keyfiyyətinə müsbət təsir göstərir.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi