
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumunun iştirakçıları DOST Agentliyini ziyarət ediblər.
Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar.
Sonra nümayəndə heyəti üçün DOST konsepsiyası haqqında təqdimat edilib. Bu konsepsiyanın dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq müstəvidə uğurlar qazandığı qonaqların diqqətinə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi