ABŞ-nin müvəqqəti işlər vəkili Füzulidəki DOST məntəqəsi ilə tanış olub

30 aprel 2026, 16:43
A+ A-
ABŞ-nin müvəqqəti işlər vəkili Füzulidəki DOST məntəqəsi ilə tanış olub

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun rəhbərlik etdiyi nümayəndə heyəti Füzuli rayonunda fəaliyyət göstərən DOST məntəqəsini ziyarət edib. Qonaqlar əvvəlcə DOST məntəqəsində əhaliyə göstərilən xidmətlərlə tanış olublar.

Ziyarət çərçivəsində diplomatik nümayəndəyə işğaldan azad edilmiş ərazilərdə sosial xidmətlərin təşkili və əhaliyə göstərilən dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Sonra nümayəndə heyəti üçün DOST konsepsiyası haqqında təqdimat edilib. Qeyd olunub ki, DOST mərkəzlərində sosial sahələr üzrə 162 xidmət “bir pəncərə”dən təqdim olunur. DOST konsepsiyanın dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq müstəvidə uğurlar qazandığı qonaqların diqqətinə çatdırılıb.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi