ƏƏSMN və BP-in birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” çərçivəsində Böyük Britaniyanın eksperti Mark Qrey DOST Agentliyini ziyarət edib.
1 saylı Bakı DOST Mərkəzinin direktoru Seymur Alıyev qonağı Mərkəzlə tanış edib və ona DOST konsepsiyası haqda məlumat verib. Daha sonra əcnəbi ekspertlə əlilliyi olan şəxslərə iş yerlərində müvafiq şəraitin yaradılması, onların işə götürülməsi prosesi və işəgötürənlərin bu istiqamətdə marağının artırılması üzrə görüş keçirilib və fikir mübadiləsi aparılıb.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi