Nazir Anar Əliyev Xankəndidə vətəndaşları qəbul edib

22 may 2026, 14:34
A+ A-
Nazir Anar Əliyev Xankəndidə vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndi şəhərində Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının sakinlərini qəbul edib.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, ünvanlı sosial yardım, pensiya və sosial müavinət, sosial xidmət və s. məsələlərlə bağlı müraciət ediblər.

Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Vətəndaşların müraciətləri araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Onlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi