DOST mərkəzlərində “İnsan hüquqları aylığı” çərçivəsində məlumatlandırma həyata keçirilib

3 iyun 2026, 16:53
A+ A-
DOST mərkəzlərində “İnsan hüquqları aylığı” çərçivəsində məlumatlandırma həyata keçirilib

DOST mərkəzlərində 18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində məlumatlandırma keçirilib. Mərkəzlərə müraciət edən vətəndaşlara maarifləndirici buklet, flayer və kitabçalar paylanılıb.

Paylanılan maarifləndirici materiallarda uşaq hüquqları, məişət zorakılığı və insan alveri ilə mübarizə kimi mühüm mövzulara toxunulub.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi