Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı, Qaradağ, Xətai, və Binəqədi rayonlarında yaşayan tənha şəxslərə, aztəminatlı ailələrə və şəhid ailələrinə ərzaq yardımı və tibbi maskalar çatdırılıb. 27 may tarixində 2 saylı Bakı DOST Mərkəzinin 15 əməkdaşı və 8 könüllüsünün iştirakı ilə Xəzər rayonunda yaşayan 416 ailəyə ərzaq payları verilib.
Ümumilikdə 4000 ailə üçün nəzərdə tutulan yardımları vətəndaşlara çatdıran FHN əməkdaşları ölkəmizdə koronavirusun (COVID-19) geniş yayılmasının qarşısının alınması məqsədilə onlarla maarifləndirici söhbətlər də aparıb, sosial məsafənin qorunması, tibbi maskalardan istifadə və digər sanitar-gigiyenik tələblərə əməl edilməsinin vacibliyini bildiriblər.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi