
DOST Agentliyində “TeleDOST” altproqramı çərçivəsində DOST TV-də təcrübə keçən könüllülərin növbəti buraxılış mərasimi təşkil olunub. Proqramı uğurla tamamlayan iştirakçılar sertifikatlarla təltif ediliblər.
Tədbirdə çıxış edən mentorlar könüllülərin proqram ərzində nümayiş etdirdikləri fəallığı, qazandıqları təcrübəni və peşəkar inkişaflarını yüksək dəyərləndiriblər.
“Könüllü DOST” proqramı çərçivəsində həyata keçirilən “TeleDOST” altproqramı gənclərin televiziya jurnalistikası, media və kommunikasiya sahələrində praktiki bacarıqlar əldə etməsinə, yaradıcılıq imkanlarını genişləndirməsinə və peşəkar inkişafına töhfə vermək məqsədi daşıyır. Layihə həmçinin sosial mövzulara marağın artırılması, ictimai məsuliyyət hissinin gücləndirilməsi və həmrəylik dəyərlərinin təbliğini hədəfləyir.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi