
DOST modelinin Moldovada pilot mərhələdə tətbiqi işlərinə başlanacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi ilə Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Moldova Respublikasının Sosial Sığorta üzrə Milli Kassasının direktoru Yelena Tibirna və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov imzalayıblar.
Görüşdə iki qurum arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. DOST modelinə maraq göstərən ölkələrdən biri olan Moldovada bu modelin tətbiqinə dəstək olaraq Moldovanın Sosial Sığorta üzrə Milli Kassası ilə müvafiq sahədə təcrübəmizin bölüşülməsi üçün aparılan birgə işlərdən bəhs olunub.
Yeni sənədin bu istiqamətdə işlərin uğurla davam etdirilməsinə, əməkdaşlığın daha da genişləndirilməsinə xidmət etdiyi bildirilib.
İmzalanan yeni Memorandumda da DOST təcrübəsinin öyrənilməsi və “bir pəncərə” prinsipi əsasında sosial xidmətlərin təşkili üzrə əməkdaşlığın gücləndirilməsi, həmçinin müasir sosial xidmət sistemlərinin inkişafı istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.
Sənəddə əməkdaşlıq çərçivəsində DOST modelinin komponentlərinin Moldova Respublikasının sosial təminat sisteminə tətbiqi üzrə pilot mərhələlərin həyata keçirilməsi, bu sahədə institusional və texniki dəstək mexanizmlərinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi əksini tapır.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi