Tender arayışlarının verilməsi artıq "DOST" mərkəzləri vasitəsilə həyata keçirilir

14 iyul 2026, 17:22
A+ A-
Tender arayışlarının verilməsi artıq

İşəgötürənlərin dövlət satınalmalarında iştirakı üçün tələb olunan “İnzibati cərimələr haqqında arayış”ın verilməsi “DOST” mərkəzləri tərəfindən həyata keçirilməyə başlanıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təqdim edilən bu sənəd, son bir il ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin cəlb edilməsinə görə tətbiq olunmuş inzibati cərimə hallarını əhatə edir. İşəgötürənlər arayışı həm müraciət günü birbaşa DOST mərkəzlərindən, həm də ƏMAS platformasının “İşəgötürənlər üzrə arayışlar” bölməsi vasitəsilə tam onlayn formada əldə edə bilərlər.

Bu yenilik tender sənədlərinin hazırlanmasını sürətləndirməyə, vaxt itkisinin qarşısını almağa və prosedurları sadələşdirməyə xidmət edir.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi