
Bu ilin oktyabr ayında Xankəndi şəhərində keçiriləcək “SOCGOV 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” beynəlxalq forumu çərçivəsində təşkil olunan ”AI4DOST Sosial Mükafatı 2026” müsabiqəsinə bu gündən etibarən müraciət qəbulu başlanılıb. Müsabiqənin məqsədi sosial sahədə qabaqcıl təcrübələrin və innovativ həllərin, sosial təsiri yüksək olan təşəbbüslərin müəyyən edilərək geniş miqyasda tanıdılması və təbliğidir.
Beynəlxalq müsabiqə aşağıdakı 4 kateqoriya üzrə keçirilir:
* Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər
* Sosial könüllülük və vətəndaş təşəbbüsləri
* Sosial sahənin inkişafına elmi töhfə
* Regional sosial təşəbbüs
Aşağıdakı fərdi nominasiyalar üzrə yerli müsabiqəyə də qeydiyyat başlanılıb:
· İlin gənc sosial innovatoru
· Sosial transformasiya lideri / təşəbbüskarı
· Sosial sahənin inkişafına davamlı töhfəyə görə
Müraciət tarixləri: 15 iyul – 1 sentyabr 2026-cı il
Müsabiqəyə müraciət: https://socgov.az/az/application
Qaliblərin mükafatlandırılma mərasimi SOCGOV 2026 forumu çərçivəsində baş tutacaq.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi