Şəhid atasının 80 illik yubileyi qeyd edilib

17 iyul 2026, 18:13
A+ A-
Şəhid atasının 80 illik yubileyi qeyd edilib

2 saylı Bakı DOST Mərkəzinin əməkdaşları I Qarabağ müharibəsi şəhidi Ziya Ağayevin atası Niyaz Ağayevin 80 illik yubileyini qeyd ediblər. Əməkdaşlar yubilyarı təbrik edərək ona DOST Agentliyi adından hədiyyə təqdim ediblər.

Şəhid ailələrinin rifahının daim diqqət mərkəzində saxlanıldığı, dövlət tərəfindən onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl işlər aparıldığı qeyd edilib.

Görüşdə şəhid Ziya Ağayevin əziz xatirəsi yad edilib. 1994-cü ilin yanvarında könüllü olaraq cəbhəyə yollanan Ziya Ağayev aprelin 30-da Talış kəndinin müdafiəsi zamanı qəhrəmancasına şəhid olub.

Şəhid ailəsi göstərilən diqqətə görə minnətdarlığını ifadə edərək dövlətin qayğı və dəstəyini daim hiss etdiklərini vurğulayıb.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi