
Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanın rəhbərlik etdiyi nümayəndə heyəti DOST Agentliyini ziyarət edib.
Qonaqlar 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST mərkəzlərində dövlət sosial xidmətlərinin şəffaf, operativ təqdim edildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,9 faiz təşkil etdiyi diqqətə çatdırılıb.
Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov son illərdə ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar, həmçinin DOST konsepsiyası barədə məlumat verib. Qeyd olunub ki, hazırda DOST mərkəzlərində 164 növ sosial xidmət “bir pəncərə” prinsipi ilə təqdim olunur.
Nümayəndə heyəti üçün DOST konsepsiyası barədə təqdimat edilib, ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi