
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə qurumun gündəliyində duran cari məsələlər müzakirə olunub.
İclasda Agentliyin struktur bölmələrinin məlumatlandırma xarakterli hesabatları dinlənilib, bir sıra sənəd layihələri təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim olunub.
Görüşdə Strategiya və məlumatların idarə edilməsi departamentinin iyun ayı üzrə, 4 saylı Bakı DOST Mərkəzinin 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinə dair hesabatlar dinlənilib, bir sıra məsələlər müzakirəyə çıxarılıb.
İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular üzrə rəy və təkliflərini bildirib, müvafiq tapşırıqlar verib.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi