
2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə “Park Cinema”da xüsusi film nümayişi təşkil edilib. Tədbirdə DOST Agentliyinin "Gənc DOST" və "Gümüşü DOST" altproqramlarının üzvləri də iştirak ediblər.
Kino həvəskarlarının bir araya gəldiyi tədbir iştirakçıların səmimi ünsiyyəti və xatirə fotolarının çəkilməsi ilə başlayıb. Daha sonra "Tağıyev 4: Məktəb" filminin nümayişi baş tutub. Gənclər və yaşlı nəslin nümayəndələrinin birlikdə film izləməsi nəsillərarası inteqrasiya və asudə vaxtın səmərəli təşkilinə gözəl nümunə olub.
DOST Agentliyi tərəfindən könüllülər üçün sosial, mədəni və maarifləndirici tədbirlərin mütəmadi olaraq təşkil edilir.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi