
Latviya Respublikasının nümayəndə heyəti DOST Agentliyini ziyarət edib. Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlər və yaradılan şəraitlə tanış olublar.
Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev son illərdə ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar, həmçinin DOST konsepsiyası barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, hazırda DOST mərkəzlərində 164 növ sosial xidmət "bir pəncərə" prinsipi üzrə, operativ və şəffaf şəkildə təqdim olunur.
Görüş çərçivəsində DOST konsepsiyasına dair təqdimat nümayiş olunub, qonaqları maraqlandıran suallar cavablandırılıb.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi