Kəlbəcər DOST xidmət məntəqəsi 1 yaşında

25 avqust 2026, 10:50
A+ A-
Kəlbəcər DOST xidmət məntəqəsi 1 yaşında

Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər xidmət məntəqəsinin fəaliyyətə başlamasından 1 il ötür. Fəaliyyət göstərdiyi dövr ərzində xidmət məntəqəsində 384 vətəndaşa operativ və şəffaf sosial xidmətlər göstərilib.

Təqdim edilən xidmətlərin yüksək keyfiyyəti və vətəndaş yönümlülüyü nəticəsində DOST mərkəzlərində xidmətlərdən vətəndaş məmnunluğu 98,9 faiz təşkil edir.

Qeyd edək ki, Kəlbəcər DOST xidmət məntəqəsi region sakinlərinin əmək, məşğulluq, əlillik və sosial müdafiə sahələrində dövlət sosial xidmətlərinə əlçatanlığını təmin edərək vətəndaş məmnunluğuna töhfə verir.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi