
“SOCGOV 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” beynəlxalq forumu çərçivəsində təşkil olunan “AI4DOST Sosial Mükafatı” müsabiqəsinə müraciət müddəti 15 gün uzadılıb.
Müsabiqəyə olan yüksək maraq və çoxsaylı müraciətlər nəzərə alınaraq, proses 15 sentyabr 2026-cı il tarixinədək davam edəcək.
Xatırladaq ki, müsabiqənin əsas məqsədi sosial sahədə qabaqcıl təcrübələrin, innovativ həllərin və sosial təsiri yüksək olan təşəbbüslərin müəyyən edilərək geniş miqyasda tanıdılması və təbliğidir.
Beynəlxalq müsabiqə 4 kateqoriya üzrə keçirilir:
* Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər;
* Sosial könüllülük və vətəndaş təşəbbüsləri;
* Sosial sahənin inkişafına elmi töhfə;
* Regional sosial təşəbbüs.
Fərdi nominasiyalar:
* İlin gənc sosial innovatoru;
* Sosial transformasiya lideri / təşəbbüskarı;
* Sosial sahənin inkişafına davamlı töhfəyə görə.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 15 sentyabr 2026-cı il tarixinədək https://socgov.az/az/application keçidi vasitəsilə müraciətlərini təqdim edə bilərlər.
Qaliblərin təntənəli mükafatlandırılma mərasimi bu ilin oktyabr ayında Xankəndi şəhərində təşkil olunacaq SOCGOV 2026 forumu çərçivəsində baş tutacaq.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi