Nazir müavini Hidayət Abdullayev Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək

8 sentyabr 2026, 18:17
A+ A-
Nazir müavini Hidayət Abdullayev Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev sentyabrın 18-də Gədəbəy rayonunda Gədəbəy və Şəmkir rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 8 - 15 sentyabr tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi