
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA/ISSA) rəsmi saytında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi tərəfindən təşkil olunan “SOCGOV 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” beynəlxalq forumu barədə geniş məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, 23 oktyabr 2026-cı il tarixində Xankəndi şəhərində keçiriləcək forum sosial sahədə dialoq, əməkdaşlıq və innovasiyaların təşviqi üçün qlobal platforma rolunu oynayır. Qeyd olunub ki, tədbir iştirakçıları yuxarı səviyyəli müzakirələrdə iştirak etmək, beynəlxalq tərəfdaşlıqları genişləndirmək və sosial xidmətlərin göstərilməsini təkmilləşdirən innovativ həllərlə tanış olmaq imkanı əldə edəcəklər.
Həmçinin BSTA-nın saytında forumun tərkib hissəsi olan “AI4DOST Social Award 2026” beynəlxalq müsabiqəsinə müraciətlərin qəbulunun davam etdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, sosial sahənin inkişafına töhfə verən qabaqcıl təşəbbüslərin dəstəklənməsi məqsədilə keçirilən müsabiqə 4 əsas kateqoriya üzrə təşkil olunur.
Məlumatda müraciətlərin 15 sentyabr 2026-cı il tarixinədək www.socgov.az rəsmi saytı vasitəsilə qəbul edildiyi və qaliblərin “SOCGOV 2026” forumu çərçivəsində təntənəli şəkildə elan olunacağı qeyd edilib.
https://www.issa.int/events/external/socgov2026
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi