Qazaxıstan nümayəndə heyəti DOST Agentliyində olub

17 sentyabr 2026, 17:36
A+ A-
Qazaxıstan nümayəndə heyəti DOST Agentliyində olub

Ölkəmizdə səfərdə olan Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin “Enerji sektorunda qadınların liderliyi” proqramının iştirakçıları DOST Agentliyini ziyarət ediblər.

Səfərin məqsədi layihələrin idarə olunması, süni intellekt, rəqəmsallaşma və innovativ idarəetmə sahəsində iştirakçıların bilik və bacarıqlarını artırmaq, müasir idarəetmə alətlərinin tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparmaqdır.

Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində olub, vətəndaşlara göstərilən xidmətlər və yaradılan şəraitlə tanış olublar.

Daha sonra DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev ilə görüş keçirilib. Görüşdə son illərdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar və DOST konsepsiyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda DOST mərkəzlərində 164 növ xidmət “bir pəncərə” prinsipi əsasında operativ və şəffaf şəkildə təqdim olunur.

Səfər çərçivəsində qonaqlara DOST xidmətləri ilə bağlı geniş təqdimat keçirilib və ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi