DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

18 sentyabr 2026, 09:54
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə qurumun gündəliyində duran cari məsələlər müzakirə olunub.

İclasda Agentliyin struktur bölmələrinin məlumatlandırma xarakterli hesabatları dinlənilib, bir prosedur sənədi yeni redaksiyada təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim olunub.

Görüşdə İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin 2026-cı ilin yanvar-avqust ayları üzrə, Abşeron DOST Mərkəzinin cari ilin ilk 6 ayı üzrə fəaliyyətinə dair hesabatları dinlənilib, bir sıra məsələlər müzakirəyə çıxarılıb.

İdarə Heyətinin sədri Fərid Məmmədov təqdim olunan hesabatlar və müzakirə olunan mövzular üzrə rəy və təkliflərini bildirib, müvafiq tapşırıqlar verib.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi