Nazir müavini Hidayət Abdullayev Gədəbəy rayonunda vətəndaşları qəbul edib

18 sentyabr 2026, 18:11
A+ A-
Nazir müavini Hidayət Abdullayev Gədəbəy rayonunda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev sentyabrın 18-də Gədəbəy rayonunda Gədəbəy və Şəmkir rayonlarının sakinlərini qəbul edib.

Qəbul zamanı vətəndaşların məşğulluq, əlillik, pensiya, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciətləri cavablandırılıb.

Müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi