Sloveniya nümayəndə heyəti DOST Agentliyində olub

22 sentyabr 2026, 10:46
A+ A-
Sloveniya nümayəndə heyəti DOST Agentliyində olub

Ölkəmizdə səfərdə olan Sloveniya Respublikasının Məşğulluq Agentliyinin nümayəndə heyəti DOST Agentliyini ziyarət edib.

Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlər və yaradılan şəraitlə tanış olublar. Onlara DOST konsepsiyasının üstünlükləri və dövlət sosial xidmətlər sahəsinə gətirdiyi innovativ yeniliklərdən bəhs olunub.

Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Aygün Musayeva son illərdə ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar, həmçinin DOST konsepsiyası barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, hazırda DOST mərkəzlərində 164 növ sosial xidmət "bir pəncərə" prinsipi üzrə, operativ və şəffaf şəkildə təqdim olunur.

Nümayəndə heyəti üçün DOST xidmətləri və ölkəmizin sosial sahədə rəqəmsal nailiyyətləri barədə təqdimatlar edilib.

Görüş zamanı ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi