“AI4DOST Social Award 2026” beynəlxalq müsabiqəsinin finalçıları müəyyənləşib

23 sentyabr 2026, 16:00
A+ A-
“AI4DOST Social Award 2026” beynəlxalq müsabiqəsinin finalçıları müəyyənləşib

“SOCGOV 2026” Beynəlxalq Forumu çərçivəsində təşkil olunan “AI4DOST Social Award 2026” müsabiqəsində final mərhələsinə vəsiqə qazanan 20 layihə bəlli olub.

Sentyabrın 15-dək davam edən müraciət prosesində sosial sahədə süni intellekt və rəqəmsal innovasiyaları əhatə edən ümumilikdə 84 layihə (52 milli, 32 beynəlxalq) təqdim olunub.

Təşkilat Komitəsinin ilkin yoxlamasından sonra müsabiqə şərtlərinə cavab verən 32 layihə (15 milli və 17 beynəlxalq) qiymətləndirməyə buraxılıb. Beynəlxalq müraciətlər arasında Ukrayna, Yunanıstan, Özbəkistan, Rusiya və digər ölkələrdən təqdim edilən innovativ təşəbbüslər yer alıb.

Münsiflər heyətinin qiymətləndirməsi nəticəsində ən yüksək bal toplayan 20 layihə finala yüksəlib.

Müsabiqə qaliblərinin təntənəli mükafatlandırılması mərasimi 23 oktyabr 2026-cı il tarixində Xankəndi şəhərində keçiriləcək “SOCGOV 2026” Beynəlxalq Forumunda baş tutacaq.

Qeyd edək ki, yekunlar barədə müsabiqə iştirakçılarına email vasitəsi ilə məlumat verilib.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi