Neftçala DOST qəbul şöbəsində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib

Neftçala DOST qəbul şöbəsində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi tərəfindən Neftçala DOST qəbul şöbəsində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib. Görüş “İctimai iştirakçılıq haqqında” qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunub.

Tədbirdə yerli icra hakimiyyətinin, vətəndaş cəmiyyətinin nümayəndələri, ictimai fəallar və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarına DOST xidmətlərinin təşkili, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. İctimai iştirakçılığın və vətəndaş məmnunluğunun DOST modelinin əsas prinsiplərindən olduğu diqqətə çatdırılıb.

Görüş zamanı iştirakçıların DOST xidmətləri ilə bağlı fikir və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Görüşün əsas məqsədi ictimaiyyətlə açıq dialoqun gücləndirilməsi, vətəndaşların rəy və təkliflərinin öyrənilməsi, eləcə də xidmətlərin təkmilləşdirilməsində ictimai iştirakçılığın təşviq edilməsi olub.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi