
DOST Agentliyində Vətən müharibəsi iştirakçıları ilə gəncləri bir araya gətirən “Zəfər nəsli” adlı tədbir baş tutub. Tədbirdə Agentliyin əməkdaşı olan Vətən müharibəsi veteranları və “Könüllü DOST” proqramının gəncləri iştirak ediblər.
Görüşdə çıxış edən veteranlarımız cəbhə xatirələrini bölüşərək rəşadətli Azərbaycan ordusunun keçdiyi şərəfli döyüş yolundan, əsgər və zabitlərimizin göstərdiyi misilsiz fədakarlıqlardan söz açıblar. Tədbirdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, şanlı Zəfər tariximizin və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanmasının müstəsna əhəmiyyəti vurğulanıb.
Səmimi və qarşılıqlı dialoq şəraitində keçən tədbirin sonunda müharibə iştirakçıları gənclərə öz dəyərli tövsiyələrini verib, onların suallarını cavablandırıblar.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi