
Bakıda keçirilən MDB-nin iştirakçısı olan dövlətlərin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları 1 saylı DOST Mərkəzi ilə tanış olublar.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST mərkəzlərinin fəaliyyəti barədə qonaqlara məlumat verib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi vurğulanıb. DOST konsepsiyasının üstünlükləri və beynəlxalq uğurları diqqətə çatdırılıb.
Nümayəndə heyəti üçün DOST xidmətləri və ölkəmizin sosial sahədə rəqəmsal nailiyyətləri barədə təqdimatlar edilib.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi