DOST Agentliyi karyera sərgisində təmsil olunub

21 oktyabr 2026, 10:56
A+ A-
DOST Agentliyi karyera sərgisində təmsil olunub

DOST Agentliyi Dövlət Proqramı məzunları üçün təşkil olunan karyera sərgisində təmsil olunub.

Sərgi "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində təhsilini başa vuraraq ölkəyə qayıtmış məzunların əmək bazarına inteqrasiyasına dəstək məqsədilə keçirilib.

Tədbir işəgötürənlərə məzunlarla birbaşa ünsiyyət qurmaq, vakansiyalar barədə məlumat vermək və perspektivli namizədlərlə tanış olmaq imkanı yaradıb.

Sərgi ərzində DOST Agentliyinin stendinə yaxınlaşan iştirakçılara Agentliyin fəaliyyət istiqamətləri, mövcud vakansiyalar və işə qəbul qaydaları barədə məlumat verilib.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi