
Xankəndi şəhərində keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” beynəlxalq forumu çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktor müavini Sirojiddin Abdullaev DOST Agentliyini ziyarət edib.
Görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qonağa son illər ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar, DOST konsepsiyası barədə ətraflı məlumat verib. Bildirilib ki, DOST mərkəzlərində sosial sahələr üzrə 164 xidmət “bir pəncərə” prinsipi ilə təqdim olunur.
Görüş zamanı DOST modelinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyi vurğulanıb və DOST konsepsiyasına dair təqdimat nümayiş etdirilib.
Daha sonra ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi