
DOST Agentliyinin icra etdiyi Tələbələrin Akselerasiya Proqramının (TAP) 11 məzunu tərəfdaş qurumlarda təcrübə proqramına cəlb olunub.
Onlardan 10 nəfər SOCAR-da 3 ay, 1 nəfər isə Azər Türk Bankda 2 ay müddətində təcrübə keçəcək. Məzunlar ixtisas və maraq istiqamətləri nəzərə alınaraq seçilib. Təcrübə proqramları məzunlara əldə etdikləri bilik və bacarıqları real iş mühitində tətbiq etmək, praktiki təcrübə qazanmaq və əmək bazarına hazırlıqlarını gücləndirmək imkanı yaradır.
Bu mərhələdə ümumilikdə 30 gənc TAP-ı uğurla başa vurub.
Proqram DOST Agentliyi tərəfindən yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilir. Məqsəd əlilliyi olan gənclərin peşəkar potensialını inkişaf etdirmək və əmək bazarına inteqrasiyasını dəstəkləməkdir.
İştirakçılar proqram çərçivəsində yumşaq bacarıqlar üzrə təlimlərə, mentorluq və karyera dəstəyinə cəlb olunurlar.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi