Şəhid İlqar Muradovun ailəsi ziyarət edilib

5 noyabr 2026, 10:35
A+ A-
Şəhid İlqar Muradovun ailəsi ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov şəhid İlqar Muradovun ailəsini ziyarət edib.

Xüsusi Təyinatlı Qüvvələrin giziri İlqar Muradov 2015-ci ilin yanvar ayında döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətlərə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.

Görüş zamanı şəhidimizin əziz xatirəsi anılıb, keçdiyi döyüş yolundan bəhs olunub. Qeyd olunub ki, Vətən uğrunda canlarından keçən cəsur oğullarımızın xatirəsi daima qəlbimizdə yaşayacaq.

Şəhid ailəsi ziyarət üçün təşəkkür edib, dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi