Zəfər Günü münasibətilə intellektual turnir keçirilib

6 noyabr 2026, 17:19
A+ A-
Zəfər Günü münasibətilə intellektual turnir keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərdən Zəfərə” adlı intellektual turnir keçirilib.

Gərgin mübarizə şəraitində keçən yarışın əsas məqsədi DOST mərkəzləri arasında komanda ruhunun, əməkdaşlığın və sağlam rəqabət mühitinin gücləndirilməsi olub. Yarışda hər birində 5 nəfər olmaqla 9 komanda – DOST Agentliyi, 7 DOST mərkəzi, eləcə də gənc və gümüşü könüllülərdən ibarət komandalar iştirak edib.

İntellektual yarış çərçivəsində iştirakçılara Azərbaycanın Zəfər tarixi, zəngin milli-mədəni irsi, eləcə də milli incəsənət, kino və musiqi tarixinə dair suallar təqdim olunub. 5 saylı Bakı DOST Mərkəzinin "Bayraktar" komandası turnirin qalibi olub. İkinci yeri 4 saylı Bakı DOST Mərkəzinin "Turan" komandası, üçüncülüyü isə "Könüllü DOST" proqramının "Zəfər" komandası tutub.

 

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi