Macarıstan nümayəndə heyəti DOST Agentliyində olub

12 noyabr 2026, 11:42
A+ A-
Macarıstan nümayəndə heyəti DOST Agentliyində olub

Macarıstanın Sosial və Ailə İşləri Nazirliyinin Avropa İttifaqı və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Pakozdi İldikonun başçılıq etdiyi nümayəndə heyəti DOST Agentliyində olub.

Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlər və mərkəzin iş prinsipi ilə tanış olublar.

Keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin və DOST mərkəzlərinin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri “bir pəncərə” prinsipi ilə operativ, şəffaf və vətəndaş məmnunluğu təmin edilməklə təqdim olunur. DOST konsepsiyasının üstünlükləri və beynəlxalq səviyyədə qazandığı uğurlar diqqətə çatdırılıb.

Nümayəndə heyəti üçün DOST xidmətləri barədə təqdimat keçirilib.

Görüşdə sosial xidmətlərin göstərilməsi sahəsində təcrübə mübadiləsi və ikitərəfli əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi