DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

20 noyabr 2026, 16:14
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə qurumun gündəliyində duran cari məsələlər müzakirə olunub.

İclasda bir neçə prosedur sənədi təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim olunub, bir neçə sənəd layihəsi isə müzakirəyə çıxarılıb.

Bununla yanaşı, Agentliyin struktur bölmələrinin oktyabr ayı üzrə fəaliyyət hesabatları dinlənilib.

İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan məsələlərlə bağlı rəy və təkliflərini səsləndirib, müvafiq tapşırıqlar verib.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi