Prezident İlham Əliyevin tapşırığına əsasən, ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin genişləndirilməsi nəticəsində büdcədən bu istiqamətdə yönəldilən vəsaitlər də artırılır.
Belə ki, 2019-cu ilin müvafiq dövrünə nisbətən, bu ilin ilk yarımilində ünvanlı dövlət sosial yardımlarının ödənişi üçün 62 faiz və ya 40,4 mln. manat çox olmaqla, 105 milyon manata yaxın vəsait xərclənib.
Son aylarda bu yardımı alan ailələrin sayı 14 mindən çox artıb və bu say hazırda 85 minə (350 mindən çox ailə üzvü) yaxındır. Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği də artmaqda davam edərək 225 manatı ötüb.
Ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti xüsusi karantin rejimi dövründə bitən ailələrə bu yardımın verilməsi davam etdirilir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi