Avqustun 6-da Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) birgə təşkilatçılığı ilə “Bacarıqlı gənclər” inklüziv onlayn festivalı keçirilib.
Festivalda 11 könüllü təşkilatını təmsil edən 44 gənc könüllü iştirak edib. Onlar mahnıların canlı ifası, rəsmlərin çəkilməsi, bədii qiraət, əl işlərinin hazırlanması və musiqi alətlərində ifa sahələri üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 2 illiyinə həsr olunmuş festival dünyanı bürüyən koronavirus pandemiyası dövründə gənclərin asudə vaxtlarını daha səmərəli və faydalı keçirmələri üçün reallaşdırılan layihələrin davamıdır. Bu festivalın əsas məqsədlərindən biri istedadlı və bacarıqlı gənclərin daha böyük kütləyə tanıdılması, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi