Asan Aç

Gənc könüllülər bilikləri ilə yarışdılar

13 avqust 2020, 12:09
A+ A-
Gənc könüllülər bilikləri ilə yarışdılar

12 Avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş onlayn intellektual turnir keçirilib. Turnir "Könüllü DOST" proqramının könüllüləri və Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

200-ə yaxın könüllü 31 komandada birləşərək biliklərini sınayıblar. İntellektual yarışda Azərbaycan İdman Könüllülərini təmsil edən “SpartAİK” komandası turnirin qalibi olub. Dövlət Gömrük Komitəsini təmsil edən “Könüllü Gömrükçü-2” komandası yarışı ikinci yerdə başa vurub. Gənc Könüllülər Hərəkatını təmsil edən “Kürmük” komandası isə üçüncü yerə layiq görülüb.

Qalib komandalar diplom və sertifikatla mükafatlandırılacaq.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi